• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 04.06.2019 12:47

Tovuzda meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib

KepezTV Player

 Tovuzda da meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib. Tovuz şəhərinə gündəlik olaraq 5 min kubmetr su verilir və əhalinin təlabatı tam ödənilir. Bundan başqa rayonda 23 min 198 hektar əkinə yararlı torpaq sahəsinin suvarılması meliorasiya işçiləri tərəfindən həyata keçirilir. Tədbirdə vurğulanıb ki, əkin sahələrinin suvarılmasında əsas su mənbəyi Tovuzçay Su anbarı və Ağdam gölüdür. Bundan başqa 417 subartezian quyusu, 21 nasos stansiyası, sağ sahil Ağstafa kanalı və rayon ərazisindən keçən təbii çaylar da suvarmaya olan ehtiyacın ödənilməsinə xidmət göstərir. Ötən illər ərzində 20-ə yaxın subartezian quyusu qazılıb. Bu il ehtiyac olan kəndlərdə daha bir neçə quyu qazılacaq. Bundan başqa rayon ərazisindən keçən çay və kanallarda lildən təmizləmə işləri aparılıb. Tədbirdə peşə bayramı münasibətilə su təsərrüfatı işçilərinə fəxri fərmanlar təqdim olunub.