• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1358
— 04.06.2019 12:44

Naftalanda suvarmanın yaxşılaşdırılması üçün görülən işlərdən danışılıb

KepezTV Player

Meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramı münasibəti ilə 5 rayonn melioratları Naftalanda bir araya gəlib. Tədbirdə son illərdə respublikanın şəhər və rayonlarının su və kanalizasiya təminatının aparılmasında görülən işlərdən söz açılıb. Bölgələrdə həyata keçirilən iri layihələrə nəzər salınıb. Çıxışlarda Azərsu ASC-nin 7 saylı  Regional Su-kanal idarəsinin və  tabeli qurumlarının nümayəndələri abonentlərin su təminatının yaxşılaşdırılması üçün görülən işlərdən danışıblar. Bölgənin aqrar rayonlarında suvarma suyunun çatışmazlığının aradan qaldırılması məqəsədilə Şəmkir maşın kanalının əhəmiyyəti vurğulanıb, ölkə başçısı tərəfindən hər il subarteziyan quyularının qazılması üçün verilən sərəncamların əhəmiyyəti qeyd olunub. Tədbirdə su təsərrüfatı sahəsində səmərəli fəaliyyət  göstərən bir qrup şəxs təltif olunub.