• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 03.06.2019 18:52

Gəncə Dövlət Dram Teatrı 3 nominasiyada qalib olub

KepezTV Player

“Ən yaxşı tamaşa”, “Ən yaxşı rejissor işi” və “Ən yaxşı gənc aktyor dueti”. Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi bu nominasiyalar üzrə Ukraynada keçirilən iki beynəlxalq festivalda qalib olub.

Ukraynanın Xerson şəhərində 8 ölkənin qatıldığı festivalda Gəncə Dövlət Dram Teatrı “Ən yaxşı rejissor işi” nominasiyası üzrə qalib olub. Komksda keçirilən “ Klassika Bu gün 11-ci Beynəlxalq teatr” festivalına da isə “Ən yaxşı tamaşa” və “Ən yaxşı gənc aktyor dueti” nominasiyaları da Gəncə teatrına verilib.

Murad Meyfəliyev - aktyor: Təbii ki, bu bizim üçün böyül uğurdur. Artıq biz üçüncü dəfədir ki, bu tamaşa ilə festival gedirik. Festivalda olduğumuz zaman bu şəhərdə də uğurla qarşılandı. Bu naminasiyyanı almağımız bizə daha da stimul yaratdı, daha da irəli atdı. Gələcəkdə daha da güclü özümüzü göstərməyimizə çox böyük təkan oldu.

Ruslan Hüseynov - aktyor: Teatr sahəsində öz sözünü deyən dövlətlər var idi. Dövlətlərin içərisində bu naminasiyaları qazandıqsa bu o deməkdir ki, bizim onlardan üstünlüyümüz var. Bizdə teatr sektoru inkişaf edib ki, çox yaxşı inkişaf edib ki, öz sözümüzü dedik. Azərbaycanı layiqincə təmsil edə bildik.

Teatr Ukraynada gürcü yazar Nodar Dumabadzenin “Hellados” fəlsəfi tamaşası ilə çıxış edib. İradə Gözəlovanın quruluş verdiyi 90 dəqiqəlik bu səhnə əsrində xalq artisti Pərvanə Qurbanova, Alim Məmmədov, əməkdar artist Sevda Orucova eləcə də gənc aktyorlar Ruslan Hüseynov, Murad Meyfəliyev iştirak edib.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Bu gün çalışırlar ki, hamı ən yüngül dekarasiya ilə çıxış etsinlər. Yəni işıq sistemi ilə dekarasiyyanın yaranması daha çox nəzərdə tutulur. Təmasda olmaq gələcəkdə hər bir teatrlar arasında onların yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi, dünya teatrların bu gün nə ilə nəfəs alması, Azərbaycan teatrların onlara inteqrasiya etməsi üçün çox müsbət təsiri vardı.

Dram Teatr apreldə Türkiyənin Adana və Konya şəhərlərində keçirilən festivallardan da diplomla qayıdıb.

 

Elnur Vahidoğlu