• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 03.06.2019 11:34

Qazaxbəyli kəndinin bağça binası yenilənib

KepezTV Player

Qazaxda daha bir bağça binası əsaslı təmirdən sonra fidanların istifadəsinə verilib. Qazaxbəyli kəndinin balaca sakinləri artıq müasir binada təlim-təriyə alacaq. Rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından 18-nin müasir tələblər səviyyəsində yeniləndiyi vurğulanıb. 20 yerlik yeni bağçada bir qrup fəaliyyət göstərəcək. Bağça binası lazimi inventarlarla təmin edilib. Bağçada günün tələblərinə cavab verən qrup və yataq otağı, camaşırxana, anbar və əlavə olaraq mətbəx də inşa olunub. Bina müasir istilik sistemi ilə təmin olunub. Tərbiyyə müəssisəsinin həyətində yaşıllıq yaradılıb. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün atraksionlar quraşdırılıb. Bağçada yaradılan imkanlarla tanış olan rayon rəsmləri şəraiti yüksək qiymətləndiriblər.