• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1798
— 03.06.2019 11:33

Aşıq Mikayıl Azaflının 95 illik yubileyi qeyd olunub

KepezTV Player

Ustad aşıq Mikayıl Azaflının 95 illik yubileyi doğulub boya başa çatdığı Tovuzda qeyd olunub. Şairlər günü ərəfəsində keçirilən tədbirdə aşığın yaradıcılığından, mədəniyyətimizin inkişafıdakı xidtmələrindən, aşıq sənətinə verdiyi tövhələrdən danışılıb. XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Mikayıl Zeynalov çoxşaxəli yaradıcılığı, ifaçılıq məharəti ilə sevilib, “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Mikayılı”,  “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” və digər onlarla saz havaları dillər əzbəri olub. Ötən əsrin 80-ci illərinin sonunda ustad aşıq Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb, sənətkarın “Qoca qartal” adlı kitabı nəşr edilib. Tədbirdə aşıq Gülarə Azaflı, Hakim Azaflı və digərlərinin ifasında tanınmış sənətkarın sözlərinə bəstələnmiş el havaları ifa edilib, şerlər səsləndirilib.

Barat Vüsal - Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri: Qədim Oğuz yurdu olan Tovuzda bu gün qüdrtli sənətkarımız Mikayıl Azaflının 95-illiyi ilə əlaqədər olaraq tədbir keçirilir. Mikayıl Azaflı o sənətkarlardandır ki sazı sözü klassik səviyyədə təmisl edib. Və özüdə klassik olmuşdur.