• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1829
— 01.06.2019 12:35

Sağlam və fiziki qüsurlu şagirdlər bir arada

KepezTV Player

Sağlamlıq imkanları məhdud olan şagirdlərin də təhsil aldığı Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı tədbir keçirilib. Ombudsmanın Gəncə nümayəndəliyinin də iştirak etdiyi tədbirdə dövlətin bu yaş qrupundan olan vətəndaşlara həsaas yanaşdığı vurğulanıb. Eləcə də fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası, onların təhsili ilə bağlı görülən işlərdən danışılıb. Gimnaziyada 19 nəfər fiziki və əqli qüsurlu uşağın digər şagirdlərə birgə xüsusi proqram əsasında təhsil aldığı bildirilib. Uşaqların hazırladıqları divar qəzetləri, tullantı qablardan hazırlanan əl işləri, çəkdikləri rəsmlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.