• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1110
— 01.06.2019 12:40

Bölgələrdə uşaq günü qeyd olunub

KepezTV Player

Balacaların əl işlərindən ibarət sərgi, yaradılan uşaq kitabxanası və əyləncə güşələri Şəmkirdə keçirilən uşaq festivalında maraqlı səhnələrə yol açıb. Əhalisinin təxminən 47 mini uşaq olan rayonda onlardan 3 mini uşaq bağçalarında tərbiyə alır. Məktəbəqədər müəssisələrin təmsilçilərinin ifasında maraqlı rəqslər, söylənilən şerlər bağçaların müasir tələblər səviyyəsində yeniləndiyindən xəbər verir. Yerli büdcə hesabına rayon mərkəzində və kəndlərdə 4 körpələr evi-uşaq bağçasının binası təmir edilib, əlavə korpus tikilib. 8 saylı körpələr evi uşaq bağçası da bu il müasir bina ilə təchiz edilib. Kür qəsəbəsindəki uşaq bağçası da yaxın vaxtlarda balacaların ixtiyarına veriləcək. Bayram tədbirində fəallığı ilə seçilən balacalar diqqətdən kənarda qalmayıb. Təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələrdə xüsusi istedadı ilə fərqlənən 100-ə yeniyetməyə ilin gənc lideri mükafatı verilib.

Uşaqların özəl günü Göygöldə də müxtəlif şənliklərlə yadda qalıb. Ölkədə və rayonda uşaqların yüksək qayğı ilə əhatə olunması, onların mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasından danışılıb. Uşaq evləri, bağçalar, məktəblər və internat tipli gimnaziyaların  təmiri və tikintisi buna əyani misal çəkilib. Ötən il Heydər Əliyev fondunun təşəbbüsü ilə Göygöl şəhər 4 saylı körpələr evi uşaq bağçası üçün yeni bina inşa olunub. Tədbirdə rayonda fəaliyyət göstərən 18 tərbiyyə müəssisəsinin kollketivi bədii-əyləncəli proqramlarla çıxış edib. Fəallığı ilə seçilən kollektivlər rayon icra hakimiyyəti tərəfindən fəxri fərmana layiq görülüblər.

1iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Samuxda xüsusi olaraq uşaqlar üçün hazırlanan istirahət parkında qeyd edilib. Balacaların sevincinə səbəb olan tədbirdən aztəminatlı və imtiyazlı ailələrin övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlara da pay düşüb. Əylənən, vaxtlarını xoş keçirənlər arasında rayondakı 18 uşaq baxçasından olan fidanlar da əlavə çalarlar qatıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenilənən 2 körpələr evi balacaların hərtərəfli inkişafına xidmət edir. Yaxın günlərdə rayon mərkəzində daha bir uşaq bağçası da yeni bina ilə təmin ediləcək. Bayram tədbirində xüsusi istedadı, rəqsləri və şeirləri ilə fərqlənənlərə hədiyyələr verilib.