• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 01.06.2019 12:45

Uşaqlar üçün özəl gündür

KepezTV Player

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü, yəni bizim bayramızıdır BMT Baş Assambleyasının qərarı ilə qeyd olunan bu gün uşaqlara yardım, kömək göstərmək, onların müdafiəsini təmin etmək məqsədi daşıyır. Dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun tarixi Azərbaycanda da qeyd edilir. 

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə imzaladığı sərəncamla 2009-cu il "Uşaq ili" elan olunmuşdur.