• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2124
— 31.05.2019 19:02

Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan millisi Göygöldə keçirdiyi təlim-məşq toplanışını başa vurub

KepezTV Player

İki həftə müddətini əhatə edən toplanış dövründə pəhləvanlar həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində işləyiblər. Hazırlıq prosesi gələn ay Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb. Yeri gəlmişkən, bu yarış üçün açıqlanan ilkin heyətdə 6 çəkidə eyni sayda güləşçi yer alıb. Belarusda ölkəmizi  Mahir Əmiraslanov, Hacı Əliyev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Camaləddin Məhəmmədov təmsil edəcək.

 

Orxan Cəfərzadə