• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 27.05.2019 12:02

Ağır qəzada sürücü öldü

KepezTV Player

Oğuzda ağır qəza baş verib. Dəymədərə kəndi ərazisində rayon sakini 39 yaşlı Samir Qasımov sükanı arxasında olduğu “VAZ 2106” markalı avtomobilin idarəetməsini itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən avtomobil bir neçə hissəyə parçalanıb. Sürücü hadisə yerindəcə keçinib. Fakt üzrə araşdırmalara başlanılıb.