• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2150
— 25.05.2019 12:28

Şəmkirdə sərxoş gənc avtomobil qaçırıb

KepezTV Player

Şəmkirdə polis avtomobil oğrusunu saxlayıb. Həmin şəxs həmyerlisinin maşınını qaçıraraq içərisindən pul və ehtiyat hissələri oğurlamaqda şübhəli bilinir.

Şəmkir sakini Rəhman Babayevin ağlına gəlməyən başına gəlib. Axşam saatlarında özünə məxsus VAZ21063 markalı avtomobili yaşadığı evin qarşısında saxlayıb, lakin səhər tezdən maşını yerində tapmayıb.

Rəhman Babayev zərərçəkən: Gecə saat 12-də evə gəldim. Maşınımı həyətimizin qarşısında saxlayıb evə girdim. Səhər tezdən qardaşımı işə aparan zaman çıxdım  çölə gördüm maşın yoxdur. Dərhal 102 xidmətinə zəng etdim.

Müraciətdən sonra dərhal əməliyyat axtarış tədbirlərinə başlayan Şəmkir polisi avtomobili Təzəkənd kəndinin ərazisindən taparaq sahibinə qaytarıb. “İsti izlərlə” nəqliyyat vasitəsini qaçıran şəxs də saxlanılaraq istintaqa təqdim olunub.

Mehrab Məmmədov baş müstəntiq: “Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Babayev Rəhman Zahid oğluna məxsus avtomobili qaçıran şəxsin Qaracəmirli kənd sakini Alıyev Asiman Cəfail oğlunun olması müəyən edilmiş, Asiman Alıyev isti izlərlə saxlanılaraq istintaqa təqdim olunmuşdur. Qaçırılmış “VAZ 21063” markalı avtomobil Təzəkənd kəndinin mərkəzindən, Asiman Alıyevin avtomobilin içərisindən oğurladığı əşyalar isə kəndin ərazisində yolun  kənarından aşkar edilərək götürülüb”. 

Saxlanılan Asiman Alıyev əməlini etiraf edərək bildirib ki, cinayəti törədən zaman ağır dərəcli sərxoş olub və bu səbəbdən də hadisəni yaxşı xatırlamır.

Asiman Alıyev saxlanılan şəxs: Yan aynadan əlimi salıb qapını açdım. Kilidi söküb maşını işə saldım. Kür yolundakı yanacaqdoldurma məntəqəsinə gəldim. 1 manatlıq benzin tökdüm qayıtdım. Təzəkənd kəndinin mərkəzində maşını yolun kənarında saxladım. Musiqi qutusunu və səsgücləndiriciləri maşından 10 metr kənara qoydum.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq bölməsində açılan cianyət işi üzrə istintaq davam etdirilir.

Natiq Hüseyn