• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 23.05.2019 15:11

Şəmkirdə maskalı şəxslər evə basqın edib

KepezTV Player

Şəmkirdə maskalı şəxslər qadına qarşı quldurluq edib. Çağırılmamış qonaqlar Ev sahibinin əl qolunu bağlayan üzərində olan qızıl zinət əşyalarını və evində olan nəğd pulu ələ keçiriblər. Məlum olub ki, bu evdən naməlum şəxs və ya şəxslər tərəfindən bir neçə dəfə oğurluq edilsə də bu günədək cinayətkarlar tapılmayıb.

Şəmkirin Aşağı Seyfəli kəndində maskalı şəxslər evə basqın edib.  Gecə saatlarında iki nəfər şəxs kənd sakini Gülnarə Qasımovanın yaşadığı ünvana qanunsuz daxil olaraq əvvəlcə qadına zor tətbiq edərək əl qolunu və ağzını bağlayıblar. Sonra isə soyuq silahla ona hədə qorxu gələrək pul və qiymətli əşyalar tələb ediblər. Həyatının təhlükədə olduğunu görən qadın evində olan pulun  yerini deyib. Bununlada kifayətlənməyən naməlum şəxslər qadının gözünü bağlayıb üzərində olan qızıl-zinət əşyalarını da ələ keçiriblər.

Gülnarə Qasımova zərərçəkən: Məndə bıçağı görəndən sonra qorxumdan pulun yerini dedim. Sonrada gözümü əlimi ayağımı bağlayıb özləri axtarış apardı. Qulağımdan sırğamı əlimdən üzüyümü çıxardıq sonrada məni bağlı vəziyyətdə qoyub çıxıblar.

Maskalıların evi tərk etdiyini qapının səsindən duyan qadın çətinliklə də olsa bıçaq tapıb əlini aça bilib. Daha sonra isə qonşuları və qohumlarını köməyə səsləyib.  

Şərqanə Qasımova zərəçəkənin bacısı: Əlini qolunu bağlayıb səni evin içində odlayacağıq. Polisə xəbər vermə. Bu dəfə polisə xəbər versən səni evin içərisində odlayacağıq.

Zərərçəkənin sözlərinə görə təxminən 20 gün əvvəl qonşuluqdakı mənzil də maskalı şəxslər tərəfindən qarət edilib.

Martın axırı həmin ağzı bağlı maskalılar aşağıda yaşayan Aydın qonşunun evinə giriblər. Ağzı bağlı maskalılar olub demərəm ki onlar olub.

Rusiyada ticarətlə məşğul olan zərərçəkənin oğlu Kamal Əliyev Cinayətin sorağını eşidib kənddə qayıdıb. O buna qədər də evlərindən quldurluq məqsədilə oğurluq edildiyini bildirib.

Kamal Əliyev zərərçəkənin oğlu: Pul qızıl aparıblar. Evdən pastel əşya aparıblar. Gəlib yazıb pozublar heç kim heçnə tapa bilməyib. Ondada deyiblər bizə ip ucu verin biz onu tapaq. Dördüncü dəfədri bu oğurluq olur hələ heç kim heçnə tapa bilməyib.

Şəmkir rayon polis şöbəsindən verilən məlumat görə hələlik  qeydə alınan cinayət hadisəsi ilə bağlı saxlanılan yoxdur. Maskalı şəxslərin müəyyən edilib saxlanılması istiqamatində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Natiq Hüseyn