• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 22.05.2019 18:55

Yunan-Roma güləşi üzrə millimiz Göygöldə təlim-məşq toplanışına başlayıb

KepezTV Player

Pəhləvanlar son bir ay ərzində ikinci dəfə burada hazırlıq keçirlər. Güləşçilər mayın 20-dən Yerli Olimpiya İdman kompleksində məşqlərə start veriblər. Toplanış ümumi fiziki hazırlığın ikinci mərhələsidir. Yığma Göygöldə baş məşqçi Şaban Donat, köməkçiləri Rövşən Bayramov, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında məşq keçir. Təlim-məşq toplanışı gələn ay Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına və sentyabrdakı dünya çempionatına hazırlıq xarakteri daşıyır. Yığma təlim-məşq toplanışına böyük heyətlə qatılıb. Belə ki, hazırlıq prosesində 8 çəkidə 23 güləşçi iştirak edir. Onlar arasında dünya, Avropa və Olimpiya oyunlarının mükafatçıları da var. Bu mənada Eldəniz Əzizli, Rəsul Çunayev, Taleh Məmmədov İslam Abbasov və digərlərinin adlarını çəkmək olar. Milli komanda gündə 3 dəfə məşq edir. Toplanış iyunun 1-dək davam edəcək.

 

Orxan Cəfərzadə