• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3163
— 20.05.2019 12:19

90 ailə mavi yanacaqla təmin edilir

KepezTV Player

Regionların-Sosial İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq Azəriqaz İstehsalat Birliyi tərəfindən ölkə ərazisində qaz təminatının yaxşılaşdırılması qəsəbə və kəndlərin qazlaşdırılması istiqamətində işlər sürətləndirilib. Gəncə Regional Qaz İstismar İdarəsinin xidməti ərazisində də qaz olmayan yaşayış məntəqlərinin mavi yanacaqla təchizatı istiqamətində işlərin icrası davam etdirilir.

Qazsız çox çətindir. Oduna pul verməkdən yorulmuşuq. Köhnə ağaclardan gətirib istifadə edirik.

Gəncənin Sevil Qazıyeva küçəsində yeni salınan ərazidə yaşayanla növbəti qışı his təmizləyib, odun axtarmayacaq. Çünki Azəriqaz İstehsalat Birliyi tərəfindən sözügedən əraziyə yeni qaz xəttinin çəkilişinə başlanılıb. Bu 90 ailənin qazla təminatına imkan yaradacaq.  

Azad Zeynalov - sakin: Dədə-babadan burada qaz olmayıb. İndi şükürlər olsun qaz xətti çəkilir. Buda dövlətimizin sayəsindədir. Sağolsun hökümətimiz.

Zakir Süleymanov – sakin: Gedib oradan buradan odun alıb gətirirdik. Təzək yandırırdıq. Kimin malı vardırsa o təzəki yandırırdı. Onunla  dolanırdıq. İndi sağ olsun prezidentimiz, bu şəraiti yaradıb.

Sevil Qazıyeva küçəsinin qazlaşdırılması üçün Bağmanlar xəttindən 3 kilometrə yaxın müxtəlif ölçülü daşıyıcı və paylayıcı qaz xətti çəkilib. Mənzildaxili xəttlərin çəkilişi sayğacların qurulmasına hazırlıq və küçə xəttlərinin rənglənməsi prosesi gedir. Gəncə Regional Qaz İstismarı İdarəsi tərəfindən qazlaşma ilə bağlı tədbirlər davam etdirilir.  

İbrahim Kərbalayev - Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: Gəncə Regional Qaz İstismar İdarəsinin Xidmət sahəsində olan Gəncə Goranboy Göygöl Samux rayonları üzrə cari il ərzində 11 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Hal-hazırda 6 yaşayış məntəqəsində qazlaşdırma işləri uğurla icra olunur.

Bu il respublika üzrə 70-dan çox yaşayaış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Hazırda 26 kənd və qəsəbədə bu istiqamətdə işlərin icrası aparılır.

 

Natiq Hüseyn