• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2241
— 20.05.2019 12:15

Güclü küləyin fəsadları...

KepezTV Player

Ötən gün axşam saatlarında Azərbaycanın Qərb bölgəsində əsən güclü külək bir sıra fəsadlar törədib. Gəncənin bəzi küçə və prospektlərində işıq dirəkləri aşıb, elektrik xətləri sıradan çıxıb. Güclü küləyin təsirindən şəhərdəki idman məktəbinin dam örtüyü dağılıb, ağaclar qırılaraq yollara aşıb. Gəncədə hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində səhər satlarından başlayaraq operativ həyata keçirilib. Avtomobil yollarında hərəkətin qismən məhdudlaşmasına səbəb olan aşmış ağaclar kəsilərək ərazidən götürülüb.