• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 17.05.2019 11:26

Oğru dəstə ifşa edildi

KepezTV Player

Xaçmaz polisi qabaqcadan əlbir olaraq rayon ərazisində fərdi yaşayış evlərindən, kafe və restoranlardan silsilə oğurluqlar edərək zərərçəkənlərə xeyli miqdarda maddi ziyan vuran altı nəfərdən ibarət oğru dəstəni ifşa edib. Dəstə üzvlərinin Xaçmaz rayon sakinləri Mirbaba Ağayev, Zöhrab Şıxıyev, Zaur Mustafayev, Tərxan Məmmədov, Əmrah Zülfüqarov və əvvəllər məhkum olunmuş Allahverdi Sadıxov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər əməllərini etiraf ediblər. Araşdırmalarla məlum olub ki, dəstə üzvləri 10-dan çox evə, eləcə də gecə vaxtı bağlı olan kafe və restoranlara girərək oradan pul, xalçalar, televizorlar, paltaryuyan, təsərrüfat malları, məişət avadanlıqları oğurlayıblar. Qənimətlərini Əmrah Zülfüqarova məxsus maşınla daşıyıb, əşyaların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Pulunu isə aralarında bölüblər. Oğurluq əşyaların xeyli hissəsi maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktlarla bağlı açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.