• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2007
— 15.05.2019 16:07

14031 abituriyent II, 21391 abituriyent III qrup üzrə imtahan verəcək

KepezTV Player

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Söhbət bazar günü 35 min 422 abituriyentin 2-ci və 3-cü ixtisas qrupları üzrə verəcəyi imtahandan gedir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11-də başlayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.