• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3111
— 14.05.2019 19:30

Azərbaycan tolerantlıq baxımından bəzi Avropa ölkələrindən öndə gedir

KepezTV Player

Gəncədə Avropa ittifaqının Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunan Avropa İttifaqının gələcəyinə dair konfrans keçirilib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşdırlan konfransda Avropa ölkələrində tolerantlıq, islamafobiya kimi mövzular müzakirə olunub.  Qurumun Azərbaycanda müvəqqəti işlər vəkili Denis Daniilidis çıxışında Azərbaycanın Avropa ölkələrinə multukultural dəyərlərin qorunaraq yaşadılmasında, tolerant şəkildə müxtəlif dinlərə inanan insanların bir yerdə yaşamasının nümunə olacağına diqqət çəkib. Konfransda Azərbaycanda islam, xristian və yəhudi dinlərinə mənsub olan kifayət qədər inanclı insanların əsrlərdir bir yerdə sülh şəraitində yaşaması, bu günə qədər dini zəmində heç bir qarşıdurmanın yaşanalmağı da qeyd olunub.

Denis Daniilidis Avropa İttifaqının Azərbaycanda müvəqqəti işlər vəkili: Mən Azərbaycanda olduğum müddətdə burada tolerantlığın nümunələrini gördüm. Gəncədə müsəlmanların məscidlərini, xristianların kilsəsini, yəhudilər üçün isə ibadət yerlərinin olduğu barədə məlumat aldım. Həqiqətən Azərbaycan tolerantlıq baxımından bəzi Avropa ölklərindən öndə gedir. Çünki burada insanları dini baxışlarına, irqinə və milliyətinə görə ayırmırlar. Buda cəmiyyətin inkşaf etməsindən, insanların bir birlərinə qarşı nə qədər dözümlü olmasından irəli gəlir.