• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 13.05.2019 19:27

“Gəncə Kuboku 2019” Mini Futbol Liqası davam edir

KepezTV Player

Ötən ay startı verilən yarışda ¼ final mərhələsinin oyunları keçirilib. 64 komanda ilə başlayan birincilikdə indi mübarizəni davam etdirən 4 kollektiv qalıb. Bu komandalardan biri oyunu və heyəti ilə ilk baxışdan diqqəti cəlb edən “Uraqan”dır. Komandanın tərkibində vaxtilə “Kəpəz”də çıxış edən veteranlar yer alıb. Onlarla yanaşı, son mövsümdə I Divizion klubunda top qovmuş bəzi futbolçular da “Uraqan”ın formasını geyinir. Xatırladaq ki, ilk dəfə Bakıdan kənarda keçirilən Mini Futbol Liqasında fəxri yerləri tutacaq komandalar pul mükafatı təltif olunacaq. Yekunda liqanın Gəncə mərhələsinin qalibi Bakı zonasının çempionu ilə üz-üzə gələcək.

Azad Rəfi