• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 11.05.2019 12:36

Gəncədə ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında "Gənc qızların Bahar - 2019 kuboku" start götürüb

KepezTV Player

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Gəncə şəhərinin 2019-cu ilin Avropanın İdman şəhəri seçilməsi münasibəti ilə reallaşan kubokda futbol, voleybol, badminton, şahmat və dama üzrə yarışlar təşkil olunacaq. Bahar Kuboku  çərçivəsində ilk olaraq futbol birinciliyi keçirilib. Mübarizələrdə Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Musiqi kolleci və Gəncə Dövlət Regional kollecinin komandaları üz-üzə gəlib. Yekunda GDU-nun komandası 1-ci , Regional 2-ci, Musiqi kolleci isə 3-cü yerə layiq görülüb. 

Orxan Cəfərzadə