• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1258
— 10.05.2019 10:54

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

KepezTV Player

Təqvimlər 10 May tarixini göstərir. Bu gün müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin doğum günüdür. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edən ümumilli lider fəaliyyəti dövründə həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Azərbaycan xalqı da heç vaxt ulu öndərindən dəstəyini əsirgəməyib. Xalqının ölməz lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Hələ sağlığında ikən tarix yazan şəxsiyyət – tarixçilər onun barəsində belə deyir. Dünya miqyaslı siyasətçi – siyasətçilər, dövlət və hökumət xadimləri onu belə xarakterizə edirlər. Heydər baba – uşaqlar, gənc nəsil isə onu belə adlandırır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümündə onun həyat yolu, Azərbaycan tarixindəki rolu barədə danışacağıq.