• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1389
— 06.05.2019 20:22

Niyazi Bayramov növbəti səyyar qəbulunu keçirib

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti səyyar qəbulunu keçirib. Şəhər rəhbərliyi bu dəfə Şıxzamanlılar qəsəbəsinin sakinlərinin müraciət və təkliflərini dinləyib. Əsas müraciətlər işə qəbul, həyatyanı torpaq sahəsinin verilməsi, su təchizatının yaxşılaşdırılması, daxili yolların təmiri, ictimai nəqliyyat vasitələrinin sayının artırılması və marşrut xəttləri üzrə hərəkət edən avtobusların iş saatının uzadılması ilə bağlı olub. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib. Gəncə şəhərinin müxtəlif ərazilərində şəhər rəhbərliyi ilə sakinlərin görüşü vaxtşırı olaraq təşkil edilir. Məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.