Bu arada özünümüdafiə və təsərrüfatını qorumaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin məlumatına görə, əgər canavar yaşayış məntəqəsinə və ya otlaq sahələrində otlayan mal-qaraya hücum edirsə və bu hal təkrarlanaraq əhalinin təhlükəsizliyinə, kənd təsərrüfatı heyvanlarına ciddi təhdid yaradırsa, onun vurulması, sayının tənzimlənməsi mümkündür. Buna görə heç bir cərimə və ya cəza tətbiq olunmur. Çünki Azərbaycan qanunvericiliyində özünümüdafiə tədbirləri üçün xüsusi maddələr mövcuddur və kəndli yaxud, təsərrüfat sahibi yırtıcıların hücumları zamanı özünü, təsərrüfatını qorumaq hüququna malikdi".Nazirliyin regional şöbələrində yaradılan işçi qruplar yırtıcıların hücumu ilə bağlı müraciətlər daxil olduqda ərazilərə gedərək araşdırma aparır və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.
- Baxış: 274