• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2359
— 03.05.2019 12:05

Məhdudiyyət aradan qaldırılıb

KepezTV Player

Bu arada "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində yaranan məhdudiyyət aradan qaldırılıb. Dünən 23:30-dan etibarən problem öz həllini tapıb. “Artıq gediş-gəliş tam bərpa olunub. Gömrük-keçid məntəqəsi normal iş şəraitində öz fəaliyyətini davam etdirir”, - deyə Dövlət Gömrük komitəsində verilən məlumatda bildirilir. Məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.