• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 01.05.2019 18:37

Yeni qaz limiti nə vaxtdan tətbiq edilir?

KepezTV Player

Xəbər verdiyimiz kimi, təbii qazın limiti artırılaraq 1700-dən 2200 kub metrə çatdırılıb. Qərarla bağlı insanlarda bəzi suallar yaranıb. Bəziləri deyirlər ki, mayın 1-dən, yəni bugündən qaz sayğaclarında göstəricilər sıfırlanır və verilən 2200 kub metrlik limit bundan sonrası üçün hesablanacaq. Bəs əslində necədir? Bu barədə süjetimiz var, izləyək..

Artıq smarttipli sayğaclar üçün gecə saat 12-dən etibarən yeni limitin tətbiqinə başlanılıb. Mexaniki sayğaclarda isə bu proses sabahdan həyata keçiriləcək. Yəni abonentlərin bu barədə narahatlığına, aidiyyatı quruma müraciətinə ehtiyac qalmır. Limitin artırılmasını isə sadə dillə bu cür izah tmək mümkündür. Məsələn, əgər abonent ilin əvvəlindən indiyədək ona ayrılmış 1700 kub metr qazdan 1000 kub metrini istifadə edibsə, deməli balansında ilin sonuna qədər yandırması üçün 700 yox, 1200 kub metr qaz qalıb. Yəni 10 qəpiklik tarif 2200 kub metr qaza qədər artırılıb.

Ruslan Əliyev - “Azəriqaz” İB-nin baş direktorunun müavini: Əvvəl qərarda 1700 kub 10 qəpikdən hesablanırdısa 2019-cu il üçünsə 2200 kub.Yəni bu dörd ayda işlətidiyi qaz həcmi ilə növbəti 8 ayda işlətdiyi qaz həcminin ümumi 2200 kubu 10 qəpikdən hesablanır. Bu isə ümumi abonentlərimizin əvvəl 1700 kub kimi 70% təşkil edirdisə,indi 85% təşkil edəcək. Yəni abonent sayı ilə götürəndə.

Cəmiyyət arasında belə bir məlumat da yayılıb ki, bugündən etibarən qaz sayğaclarında göstəricilər sıfırlanır və bundan sonra hesablanma yanvar ayından yox, maydan maya aparılacaq. Qurum rəsmisi bu məsələyə də aydınlıq gətirdi.

Qeyd edək ki, tarif şurasının son qərarına əsasən 2200 kub metrdən yuxarı istifadə olunan qazın hər kub metrinə görə ödəniş 20 qəpik təşkil edir. Hesablamalara görə bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kub m-dən aşağıdır.