• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 825
— 30.04.2019 20:48

"Gender- həssas büdcə"

KepezTV Player

Əvvəllər bələdiyyələrdə qadınların təmsilçiliyi 4 faiz idisə, hazırda bu göstərici 35 faiz təşkil edir. Ümumilikdə isə bələdiyyədə sədr vəzifəsində çalışanların 27 faizi qadınlardı. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Gender- həssas büdcə" mövzusunda keçirilən təlimdə deyib. Sədr müavini bildirib ki, bələdiyyələrə seçilən qadınların sayının artıırılması, regionlarda ailələrin dağılması, erkən evliliklər, qızların təhsili ilə bağlı problemlərin qarşısını almaq üçün əhəmiyyətlidir. Qurum rəsmisi orta məktəblər kişi müəllimlərin sayının azlığına da toxunub.

Sədaqət Qəhrəmanova AQUPDK-nın sədr müavini: gender bərabərliyi dedikdə ancaq qadınlar nəzərdə tutulur. ancaq, hazırda məktəblərdə bu gün kişi müəllimləri azlıq təşkil edir. Yaxud mədəniyyət sahəsini götürək, orda da kişilərin sayı azdır. onlara bu sahədə ehtiyac var.