• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 30.04.2019 13:15

Problemli kreditlərə görə kompensasiyanın kartla verilməsinə başlanılır

KepezTV Player

Sabahdan etibarən dollar kreditləri üzrə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. Kompensasiyanın əldə edilməsi üçün plastik kartlar Azərpoçtun Bakıda və bölgələrdə yerləşən 77 şöbəsində təqdim ediləcək. Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1 000-dən çox, digər bölgələrdə isə 1 000-dən azdır.