• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 30.04.2019 12:41

Gəncə Dövlət Dram Teatrı iki festivalda iştirak edib

KepezTV Player

Gəncə Dövlət Dram Teatrı aprelin 15-16-da Türkiyənin Adana şəhərində olub. Kollektiv Azərbaycanı “21-ci Dövlət Teatrları - Sabancı beynəlxalq Teatrlar” festivalında təmsil edib. 8 ölkənin qatıldığı festival 21 ildir təşkil olunur.

Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru: Gəncə Dövlət Dram Teatrının Adanada nümayiş etdirdiyi tamaşa teatrsevərlər tərəfindən çox yüksək səviyyədə alqışlarla qarşılandı.Bu əlbəttdə teatr rəhbəri kimi məni də kollektivin bütün üzvlərini də çox sevindirdi. Bu gün dünya teatrlarında olan sənət adamları yaradıcılıq prinsipləri nədən ibarətdir,eyni zamnda dünya teatrları bu gün nə ilə nəfəs alır bunun hamısı ilə biz orada təmasda oluruq. Qarşlıqılı sənət söhbətlərimiz olur.

Yaradıcı kollektiv aprelin 22-də Türkiyənin Konya şəhərində keçirilən 12-ci “Bir nəfəs, Bir səs - beynəlxalq Türkcə Teatr nümayiş etdirən Ölkələr” festivalına da qatılıb. 9 ölkənin iştirak etdiyi festivalda teatr üçüncü dəfədir ki, Respublikamızı təmsil edir. Gəncə Dövlət Dram Tetarının Türkiyə qastrolunda gürcü yazarı Nodar Dumabadzenin “Hellados”  fəlsəfi tamaşasını oynayıb. Saat yarımlıq səhnə əsrində xalq artistləri Pərvanə Qurbanova, Alim Məmmədov, əməkdar artist  Sevda Orucova, eləcə də gənc aktyorlar Ruslan Hüseynov, Murad Meyfəliyev rol alıb. Bu səhnə əsərinə quruluşu teatrın baş rejissoru İradə Gözəlova verib.

Murad Meyfəliyev aktyor:Türkiyənin Adana və Konya şəhərində festivalımız oldu. Çox gözəl qarşılandı Mən bir gənc aktyor kimi fəxr elədim ki, Gəncə Dövlət Dram Teatrının gənc simasın da orada iştirak etdim. Hamının bəyəndiyi bir tamaşa oldu. Gəncədə də bu tamaşanı izləyən olub. Hər zaman fəxr edirik ki, belə tamaşalarla tamaşaçıların qarşısında çıxış edirik.

Gəncə Teatrı hər iki festivaldan diplom, sertifkat və xatirə hədiyyələri ilə qayıdıb. Kollektiv  son 8 ildə 18 xarici qastrol səfərində ölkəmizi təmsil edib.

Elnur Vahidoğlu