• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 29.04.2019 18:06

Vəzifələrini yerinə yetirməyən 207 valideyn tənbeh olunub

KepezTV Player

“Uşaq əməyinin istismarının qarşısının alınması üçün keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyənləşib. Bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında əksini tapıb. Sənəddə qeyd olunub ki, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.Həmçinin küçə həyatına məruz qalmış yetkinlik yaşına çatmayan 75 uşaq və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində uşaq mərkəzlərində ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib. Hesabat Milli Məclisin mayın 3-də keçiriləcək plenar iclasında da müzakirə olunacaq.