• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 29.04.2019 16:09

Polis məktəblərdə marifləndirci tədbirləri davam etdirir

KepezTV Player

Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəhbərliyi təhsil müəssisələrində “Narkomaniya bəşəriyyətin bəlasıdır!” mövzusunda mariflədnirici görüşləri davam etdirir. 20 saylı tam orta məktəbdə keçirilən görüşdə idarə rəisi, polis polkovnik-leytenantı Vüqar Xəlilov “ağ ölüm” adlandırılaraq dünyanı ağuşuna alan bu sosial bəlanın hər il çoxlu sayda insanın ölümünə səbəb olduğuna diqqət çəkib. Ölkəmiz də narkomaniyanın acı nəticələrindən ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Narkomaniyaya meyil əsasən gənclik dövründə başlanır. Buna görə də məktəb dövründə profilaktik tədbirlərin əhəmiyyəti vurğulanıb. Gənclər arasında narkomanlığın yayılmasının səbəbləri savadsızlıq, narkotik satıcılarının himayə edilməsi, narkotik biznesidir. Çıxışlardan sonra şagirdlərə narkotik vasitələrin və psixotrik maddələrin acı nəticələrindən bəhs edən film nümüyiş etdirilib.

Natiq Hüseyn