• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1401
— 29.04.2019 12:10

3 saata 85 tapşırıq - abituriyentlər imtahan verdi

KepezTV Player

Ötən gün Gəncədə əvvəlki illərin məzunları üçün I, II, Ill və lV ixtisas qrupları üzrə qəbul imtahanlarının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib. Şəhər üzrə 2608 nəfərin iştirak üçün qeydiyyatdan keçdiyi imtahanda abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənnləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib. Abituriyentlər 3 saat müddətində biliklərini sınaqdan keçiriblər. İmtahanların keçirilməsi üçün ümumilikdə 44 imtahan mərkəzi ayrılmışdı. İmtahanların idarə olunmasına 44 ümumi imtahan rəhbəri, 145 imtahan rəhbəri, 1665 nəzarətçi-müəllim cəlb edilib. İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.