• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1377
— 29.04.2019 12:13

İstedadlı gənclər əl işlərini nümayiş etdirib

KepezTV Player

Gəncədə "Art Garden Gallery"nin təşkilatçılığı ilə bir qrup gəncin əl işlərindən ibarət “İlin möcüzəsi” adlı rəsm nümunələrinin sərgisi keçirilib. Sərgidə müxtəlif yaş qruplarına məxsus xanım və bəylərin müxtəlif mövzularda yaratdıqları sənət nümunələri nümayiş olunub. İştirakçılar arasında peşəkar rəssamlar, ali məktəb tələbələri və şagirdlər də yer alıb. Ümumilikdə, 50-yə yaxın gəncin iştirak etdiyi sərgidə müxtəlif əşyalardan hazırlanan əl işləri və incəsənət nümunəsi yer alıb. Gəncədə istedadlı insanları üzə çıxarmaq və bir araya toplamaq məqsədi daşıyan sərginin davamlı olacağı planlaşdırılıb.