• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1507
— 29.04.2019 12:11

Qərb regionunun xristianları Aleksandr Nevski kilsəsində

KepezTV Player

İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram edən pravoslavlar Gəncədə Pasxanı qeyd ediblər. Gecə saatlarından başlayaraq Aleksandr Nevski kilsəsinə axın edən provoslavlar burada şamlar yandırıb, dualar oxuyub, vacib sayılan bir sıra dini ayinləri icra ediblər. Azərbaycanın qərb bölgəsində yaşayan inanclılar tarixi təxminən 2000 il bundan əvvələ təsadüf edən bu hadisəni tolerantlıq məkanı sayılan Azərbaycanda heç bir maneə olmadan uzun müddətdir icra edirlər.

Raisə Xəlilova - sakin: Bu gün böyük bayramdır. Aleksandr Nevski adına provaslav məbəddə Gəncədə yaşayan inanclı sakinlər bir araya gəlir. Müsəlman və ya xristian arasında fərq qoyulmadan burada daima dini bayramların keçirilməsinə şərait yaradılır.”