• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 27.04.2019 12:43

Tovuzda kişi ehtiyatsızlıqdan su anbarında batıb

KepezTV Player

Rayonun  Yuxarı Öysüzlü kənd sakini, 69 yaşlı  Vidadi Dilənov Vahidli kəndi ərazisindəki Tovuz çay su anbarında boğulub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə qüvvələri cəlb olunub.Mərhum batdığı yerdən təxminən 70 metr aralıda, 5 metr dərinlikdən tapılıb. Meyit Məhkəmə tibbi ekspertiza və potoloji anatomiya birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib. İlkin ehtimala görə mərhum axının zəif olduğu yerdən qohumugilə getmək üçün digər sahilə keçmək istəyərkən ayağı büdrəyib və dərinliyə yıxılıb. Faktın dəqiq təfərrüatları Tovuz Rayon prokurorluğunda aparılan araşdırmalardan sonra bəlli olacaq.