• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 719
— 26.04.2019 16:04

46 uşaq peyvəndləməyə cəl olunub

KepezTV Player

Gəncədə 6 yaşa qədər uşaqlar 11 xəstəliyə qarşı peyvənd olunur. İmmunlaşdırma həftəsi çərçivəsində müxtəlif səbəblərdən peyvənd edilməyən uşaqlar təkrar vaksinasiyaya cəlb olunublar. Ərazi poliklnikaları üzrə aparılan dəqiqləşdirməyə əsasən şəhər üzrə 46 uşağın peyvənddən kənarda qaldığı məlum olub. Aprelin 31-nə kimi davam etdiriləcək immunlaşdırma həftəsinin yekunu ilə bağlı səhiyyə nazirliyinə məlumat veriləcək. Gəncədə immunlaşdırmanın mütəşəkkil təşkili, azyaşlılar və yeniyetmələr arasında yolxucu xəstəliklərə yoluxma hallarının minimuma enməsinə və bu sahədə vəziyyətin stabil saxlanılmasına imkan verir.

Almaz Tomuyeva - Gəncə şəhər GEM-in şöbə müdiri: Bizdə ilin əvvəlindən peyvəndə cəlb olunacaq uşaqların siyahısı hazırlanır. Bu siyahıdan cıxarılan və yeni daxil olan uşaqlarda dəqiqləşdirilir. Peyvənd həftəsində nə qədər uşaq var, onların hamısı peyvəndə cəlb olunurlar. Burada OPV-də var, hepatit, BSJ-də var. Bunadan başqa difderiya və göy ösgürək, tetanus və vərəm əleyhinə peyvəndlərdə nəzərdə tutulur. Bayaqda qeyd etdiyim kimi 11 xəstəliyə qarşı uşaqlar peyvənd olunacaq.