• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 26.04.2019 12:18

Narkomaniyanın, erkən nigahların doğurduğu fəsadlardan danışıldı

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovun məktəblilərlə narkomaniya, erkən nigahların doğurduğu fəsadlar mövzusunda maarifləndirici görüçü olub. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlərdən danışılan görüşdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən qəti tədbirlərin görüldüyünə diqqət çəkilib. Eyni zamanda, erkən nigaha daxilolma məsələsinə də toxunulub, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində bu kimi neqativ hallara qarşı davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin qısa müddətdə dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılıb.

Goranboyda da “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri”, “Erkən nikah və onun fəsadları” mövzusunda analoji görüş baş tutub. Rayon polis şöbəsinin rəisi polkovnik Ramin Qədirov narkomaniyanın, narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemlərdən, onların insanların sağlamlığı və genefondumuz üçün doğurduğu fəsadlardan bəhs edib. Yeniyetmə və gənclərin zərərli vərdişlərə meyl göstərməməsi üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə ciddi diqqət yetirməli, uşaqların elmə, idmana və təhsilə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar. Narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən danışılan görüş diskusiya formasında davam edib.

Natiq Hüseyn