• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 25.04.2019 12:31

Qabiliyyət imtahanlarında yenilik

KepezTV Player

"2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib".Dövlət İmtahan Mərkəzinin məlumatına görə, dəyişikliyə əsasən, V qrupun ixtisasları üzrə qəbul imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılacaqlar. Dizayn ixtisası "Təsviri sənət" istiqamətinə daxil edilib. Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst imkanı verilib. Abituriyentlər birinci rəsm imtahanında iştirak etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncədə keçiriləcək.