• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 24.04.2019 19:06

Bu qaydalar həyat xilas edir

KepezTV Player

Küçədə və ya evdə, gündüz ya da gecə… fərqi yoxdur, biz bir çox hallarda ilkin yardımla həyat xilas edə bilərik. Lakin hər hadisədə düzgün müdaxilə edilməli, xüsusilə ehtiyatlı davranılmalı hallarda yalnız ilkin yardım sertifikatı olan şəxslər kömək göstərməlidirlər. Bəs həyatı xilas edən ilkin yardım qaydalarını hamı bilirmi? Ehtiyac yarandığı təqdirqə doğru müdaxilə necə edilməlidir?

İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisələr zamanı  yaxınlıqda tibb işçisi olmaya bilər və bu zaman digər şəxslər xəsarət alana ilk yardım göstərməlidirlər. Özünü itirmək və bacarıqsızlıq zədələnən şəxsin vəziyyətini bir qədər də ağırlaşdıra bilər. Ona görə hər kəs həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını öyrənməli və bilməlidir. Bəs görəsən şəhər sakinləri ilkin tibbi yardım göstərə bilirmi?

İlkin yardım etməklə, qısa müddətlik təhlükəni ortadan qaldırmaq, həyati funksiyaların davam etməsini təmin etdirmək, xəstənin və ya yaralının pisləşməsini önləmək olar. Bəs görəsən belə situasiyaya düşənlər olubmu? İlkin müdaxilə üçün nə ediblər?

Bəs yardım göstərənlər arasında düzgün bilib, səhv müdaxilə edənlər olubmu?

Həyat gözəldir.  Amma gözəl həyat daha gözəldir. Həyatdan zövq ala bilmək üçün isə ilk növbədə sağlam olmağa çalışmaq lazımdır.  Bunun üçün zərərli vərdişlərdən uzaq olmaq, normal yuxu və qida rejiminə əməl etmək  yetər. Bir də idmanla məşğul olmaq. Bu sizi daha güclü edər və bir daha halınız pisləşməz.  Amma  pisləşsə də qorxmayın, biz daha ilkin yardım etməyi bacarırıq.