• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 24.04.2019 16:22

Gəncədə tələbələr “Narkomaniya yox deyib”

KepezTV Player

Bu şüar altında Gəncə Dövlət Universitetində baş tutan maarifləndirici tədbirdə narkotik vasitələrdən istifadənin zərərlərindən bəhs edən filmin təqdimatı bu sahədə mübarizənin əhəmiyyətini bir daha nümayiş etdirib. Mövzunun aktuallığına toxunulan görüşdə hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, alqısı, satqısı və istifadəsinə qarşı aparılan sərt tədbirlərdən danışılıb. Bu sahədə qeydə alınan halların qanunvericiliklə necə tənzimləndiyi bildirilib. Gənclərə bu kimi əməllərdən uzaq olmaq tövsiyyə edilib. Narkotik vasitələrə alüdəçiliyin sağlamlıq üçün yaratdığı fəsadlar, müalicə prosesinin insan iradəsindən asılılığı diqqətə çatdırılıb.