• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 24.04.2019 18:01

DİM abituriyentlərə çağırış etdi

KepezTV Player

Əvvəlki illərin məzunları, xüsusilə I və IV ixtisas qrupuna qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsində iştirak etməlidirlər. Əgər onlar bu imtahanda iştirak etməsələr, onda qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. Çünki ikinci mərhələdə iştirak etməyən abituriyent müsabiqəyə buraxılmır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər imtahana gələrkən sənədləri ilə bağlı da diqqətli olmalıdırlar. Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.