• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 24.04.2019 13:03

Kür qırağı kəndlərin su problemi aradan qaldırılır

KepezTV Player

Samux rayonunda əkin sahələri ildən-ilə genişləndirilir və bu sahələrin suvarılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Suvarma Sistemləri İdarəsinin kollketivi, rayonun Kür qırağı yaşayış məntəqələrindən olan Qaraağaclı qəsəbəsində əkin sahələrini normal su ilə təchiz etmək üçün yeni qurğular istifadəyə verib. Nəticədə kəndin 200 hektar sahəsi əkin dövriyyəsinə qatılıb.

Samuxun Qaraağaclı qəsəbəsi rayon mərkəzindən təxminən 35  kilometr kənarda, Kür çayının sol sahilində yerləşir. Sakinlərin əsas məşğuliyyətindən biri əkinçilikdir, buna görə də burada suvarmanı yaxşılaşdırmaq üçün səmərəli və ardıcıl tədbirlər görülür. Kənddə yeni istifadəyə verilən əlavə nasos qurğusuda sözügedən tədbilərin davamıdır.  İndi qəsəbə sakinləri həvəslə öz pay torpaqlarında əkin-biçinə başlayıblar.

Hüseynxan Ağayev – sakin: Qoyunçuluq təsərrüfatım var. Su mənim üçün çox lazımdır. Arpa yonca əkirəm. Bu su bizim üçün ana südüdür. Bun dan artıq nə olar. Çörəkdir ruzidir bərəkətdir.

Səhrab Lətifov – sakin: Əkinçiliklə məşğul oluruq. Mal qoyun saxlayırıq. Bu mala qoyunada ot lazımdır. Bunun üçün də su lazımdır. Su olan yerdə həyat var. Həyat olan yerdə insanlar yaşayacaq inkişaf edəcək.

Ötən il rayonun müxətlif kəndlərində suvarmanı yaxşılaşdırmaq üçün 10 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Bu il isə daha 10 quyunun qazılması üçün iş aparılır. Bundan başqa rayon ərazisindən keçən  təbii çaylarda lildən təmizləmə, mövcud nasos stansiyalarında isə təmir bərpa işləri uğurla yerinə yetirilib.

Gülağa Bağırov - Samux Suvarma Sistemləri İdarəsinin rəisi: Hal-hazırda 3-cü quyuda qazma aparılır. Buda əlavə olaraq suvarmanı yaxşılaşdıracaq. Hər bir subartezian quyusuna görə 35-40 hektar sahənin suvarması yaxşılaşdırılır. 

Samuxda 26500 hektar suvarılan torpaq sahəsi var. Suvarmanı həyata keçirmək üçün rayon ərazisindən keçən təbii çaylardan, 25 nasos stansiyasından və 520 ədəd subartezian quyusundan istifadə olunur.

 

Natiq Hüseyn