• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1525
— 24.04.2019 11:44

Çaqqal qəzaya səbəb oldu

KepezTV Player

Ağstafa rayonunun Poylu kənd dəmiryolu stansiyası ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. Taksi kimi fəaliyyət göstərən minik avtomobil hərəkətdə olan zaman anidən qarşısına çaqqal çıxıb. Qazax rayonundan olan 29 yaşlı sürücü Afiq Hacıyev heyvanı vurmamaq üçün maşını hədəfdən yayındırıb, lakin nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və onun sərnişinləri - 31 yaşlı Elxan Qurbanov və 28 yaşlı Günay Hüseynova müxtəlif bədən xəsarətləri alıb. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.