• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 878
— 23.04.2019 18:49

Samuxda rayon rəhbərliyi sakinlərlə görüşüb

KepezTV Player

Samuxda rayon rəhbərliyinin növbəti səyyar qəbulu Qaraağaclı  qəsəbəsində keçirilib. Sakinlərlə yanaşı rayonda fəaliyyət göstərən idarə təşkilat və müəssisələrin rəhbərləri də iştirak edib. Vətəndaşlar  arzu, təklif və müraciətlərini səsləndirib. Əsas müraciətlər isə kənd daxili yolların təmiri, elektrik və qaz təsərrüfatında aparılan yenidənqurma işlərinin sürətləndirilməsi, yeni yaşıllıqların salınması və digər məsələlərlə bağlı olub. Mürcaiətləri fərdi qaydada dinləyən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bəzi problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verib. Bir sıra müraciətlər isə aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Natiq Hüseyn