• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 23.04.2019 12:26

Əvvəlki illərin məzunları sınaq qarşısında

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək. Abituriyentlər imtahana buraxılş vəsiqəsini çap edə bilərlər. I, II, III və IV qruplar üzrə qəbul imtahanında iştirak etmək istəyən əvvəlki illərin məzunlarının nəzərinə çatdırılır ki, onlar mütləq aprelin 28-də qəbul imtahanının birinci mərhələsində iştirak etməlidirlər. Bu imtahanda iştirak etməyənlər qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. Bu arada martın 10-da IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb. Nəticələri Dövlət İmtahan Mərkəzinin saytından öyrənmək olar. Şagirdlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.