• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1558
— 22.04.2019 16:03

3 evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

KepezTV Player

Mingəçevir şəhərində mənzillərdən oğurluq edən şəhər sakini tutulub. Belə ki, Mingəçevir şəhər sakinləri mənzillərindən qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat veriblər. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etdiyinə görə tutulan Afiq Əliyevin ətrafında istintaq tədbirləri ilə onun şəhər ərazisindəki 2 evdən qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib. Əliyev oğurladığı qızıl-zinət və məişət əşyalarını dəyərindən aşağı qiymətə satdığını bildirib. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.