• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 22.04.2019 12:02

Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

KepezTV Player

Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçirilən yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər. Təhsil Nazirliyinin məlumatına görə, yerdəyişmə müsabiqəsində yalnız daimi əsaslarla işləyən müəllimlər iştirak edə bilərlər. Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi ilə işləməsi üçün apreldə müsabiqə keçiriləcək. Bu müsabiqədə yalnız işlədiyi məktəbdə əmək müqaviləsinin daimiləşməsini istəyən müəllimlər iştirak edə bilərlər. Hazırda müddətli müqavilə ilə işləyən, lakin iş yerini dəyişərək başqa müəssisədə işləmək istəyən müəllimlər yalnız müsabiqədə iştirak edərək vakant yer üzrə yenidən işə qəbul oluna bilərlər.