• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1867
— 22.04.2019 10:01

VW Passat dünyanın ən çox satılan orta sinif modeli oldu

Volkswagen Passat dünyanın ən çox satılan orta sinif avtomobili olub. 46 il ərzində alman marka bu modeldən 30 milyon ədəd buraxıb. Yubiley maşın Almaniyanın Emden şəhərindəki zavodda konveyerdən çıxıb. Yubilyar Passat gümüşü rəngdə universaldır və GTE modifikasiyası sahibdir. Onun güc sisteminə 1,4 litrlik 156 at güclü benzin turbomotor və 115 at güclü elektromotor daxildir. Mühərrik 6 pilləli robotlaşdırılmış sürət qutusu ilə birləşir. Elektriklə avtomobil təxminən 55 kilometr gedə bilir. Hibrid artıq indidən ekoloji Euro 6d normalarına uyğunlaşdırılıb. Halbuki bu norma 2021-ci ildən qüvvəyə minir. Hazırda VW Passat üç qitədə istehsal olunur, 10 zavodda yığılır və 100-dən çox ölkədə satılır.