• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 20.04.2019 18:16

Şəmkir məktəbliləri zona yarışının qalibi olub

KepezTV Player

Respublikada ənənəvi olaraq keçirilən Şahin Hərbi idman Oyunlarının zona mərhələsi başa çatıb. Şəmkir məktəbliləri ən yaxşı nəticəni əldə edərək zona yarışlarının qalibi olub və respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Şəmkir Gənclər Mərkəzində qalib şagirdlərlə görüş keçirilib.

Şəmkir rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon Şöbəsi, eləcə də yerli Gənclər İdman İdarəsi  və Təhsil Şöbəsinin təşəbbüsü ilə keçirilən görüşdə Şahin Hərbi İdman Oyunlarının mahiyyətindən danışılıb.  Ötən illər ərzində Şəmkirli şagirldərin bu yarışlarda qazandığı naliyyətlərdən söz açılıb. Artıq ikinci dəfədir zona yarışlarının qalibi olan məktəblilərin respublika mərhələsində uğurla çıxış edəcəyinə əminlik ifadə olunub.

Emin İsmayılov Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi: Sevindirici haldır ki, son dövrlər Şəmkir rayonunda istər təhsil istərsədə gənclər və idman siyasətinin həyata keçirilməsi istiqamətində atılmış uğurların nəticəsidir ki, Şahin Hərbi İdman Oyunları Komandamız Mingəçevir şəhərində keçirilən Zona birinciliyində 14 şəhər və rayonun komandaları arasında qalib olub və Şəmkir rayonuna fəxri mükafatı gətirib.

Mingəçevir şəhərində keçirilən zona yarışları üç mərhələdə reallaşıb. Şagirdlər sıra və fiziki hazırlıq eləcə də mülki müdafiə ilə bağlı bacarıqlarını nümayiş etdiriblər. Müssiflər heyəti tərəfində ən yüksək balla qiymətləndirilən Söhrab Rüstəmov adına Sabirkənd kənd tam orta məktəbinin komandası birinci olub. Buna qədər sözügedən mətkəbin komandası  Şəmkirdə keçirilən rayon mərhələsində 64 komandanı geridə qoyub. Şagirdlər hazırda böyük həvəslə respublika mərhələsinə hazırlaşır.

Nərmin İbrahimli şagird Rayon yarışlarında birini yerə çıxdıq. Bu bizim üçün çox böyük sevinc oldu. Sonra zona arışlarına çox böyük məsuliyyətlə hazırlaşdıq. Bu məsuliyyətin nəticəsi oldu ki, biz zona yarışlarınında qalibi olduq. İndi biz qərb bölgəsini respublika yarışlarında təmsil edəcəyik.

Əhməd Əhmədov şagird Yarışlar çox maraqlı və gərgin keçdi. Buna baxmayaraq biz özümüzə güvənirdik. Sonda öz istəyimizə çatdıq. İnşallah Bakıdanda qləbə ilə qayıdarıq.

Çıxışlarda şagirdlərə gələcək yarışlarda uğurla arzulanıb. Eyni zamanda komanda üzvlərinin hər birinə rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin hədiyyələri təqdim olunub.

Natiq Hüseyn