• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1331
— 20.04.2019 12:24

Maarifləndirici görüş məsuliyyətin artırılmasına hesablanıb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin və Şəhər Prokurorluğunun birgə təşəbbüsü ilə müəllim və şagirdlərlə, eləcə də məktəbəqədər müəssisələrdə çalışanlar, idman və səhiyyə sektorundə fəaliyyət göstərənlərlə “Məktəb rəhbərliyi və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçiriməsi” mövzusunda görüş olub. Söhbət zamanı məktəblərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasının önəminı toxunulub, təhsilalanlar arasında riskli davranışın, zərərli vərdişlərə alüdəçiliyin vaxtında aşkarlanmasının üzücü hadisələrin qarşısının alınması baxımından əhəmiyyəti qeyd edilib. Bu baxımdan məktəblərdə rəhbər və pedoqoji kollektivinin məsuliyyəti, sosial şəbəkələrin yeniyetmələrin psixologiyasına mənfi təsiri, anti-milli elementlərin bu yolla Azərbaycanın dövlət maraqları və milli mənəvi dəyərlər əleyhinə apardıqları pozucu fəaliyyətindən danışılıb. Təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində buraxılan nöqsanlar, məktəblərdə psixoloji xidmət işinin gücləndirilməsi, müəllim və valideynlərlə birlikdə şagidlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi kimi məsələlərə toxunulub. Uşaq və yeniyetmələrin təlim-tərbiyyəsində, habelə sosiallaşmasında yaranan çətinliklərin səbəbləri öyrənilməli və aradan qaldırılmalıdır. Müəllim-şagird-valideyn münasibətləri düzgün qurulmaqla məktəblilər üçün əlverilşli təlim və inkişaf mühiti formalaşdırılmalıdır. Görüşdə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.