• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2222
— 19.04.2019 16:01

53 yaşlı kişini ilan sancdı

KepezTV Player

Balakəndə 53 yaşlı kişini ilan sancıb. Hadisə rayonun Qazma kəndində baş verib. Yerli sakin Firudin Balayev yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olarkən qəfildən ilan onun sol əlindən sancıb. Zərərçəkən yaxınlarının köməyi ilə Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Daha sonra paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib.